Dünya

Britaniyanın kəşfiyyat məlumatları Ukraynaya ötürülür

22 Sentyabr 2024 23:34
Baxış: 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qara dənizin Rusiya sahilləri yaxınlığında müntəzəm uçuşlar həyata keçirən Britaniyanın "RC-135W Rivet Joint" müşahidə təyyarəsi tərəfindən toplanan məlumatlar NATO ölkələri vasitəsilə Ukraynaya ötürülür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "UK Defence Journal" nəşri məlumat yayıb.

"Rəsmi olaraq toplanan istənilən kəşfiyyat məlumatı NATO ölkələrinə göndərilir, lakin hamı bilir ki, bəzi ölkələr bu məlumatları Ukrayna ilə bölüşürlər", - nəşr bildirib.

Qeyd olunub ki, belə elektron kəşfiyyat təyyarələrinin uçuşları hazırda iki "Tayfun" qırıcısının müşayiəti ilə həyata keçirilir:

"Bu uçuşlarla onlar Rusiyaya açıq siqnal göndərirlər ki, Böyük Britaniya risklərə baxmayaraq, kəşfiyyat məlumatlarını toplamağa davam edəcək".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.