Dünya

Tramp ailəsi üçün narahatdır

22 Sentyabr 2024 16:24
Baxış: 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp etiraf edib ki, iki sui-qəsddən sonra ailə üzvlərinin təhlükəsizliyindən narahat olmağa başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

Trampın sözlərinə görə, o, adətən belə mövzulardan danışmır.

"Amma bəli, ailəm üçün narahat olmağa başlamışam", - Tramp vuğulayıb.

Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o qulağından yaralanmışdı. Bu ayın 15-də də keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.