Meksikada ABŞ-nin Texas ştatı ilə sərhəddə yerləşən Ojinaga rayonunda 11 nəfərin cəsədi tapılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli El Sol de Duranqo nəşri məlumat yayıb.
"Baş Prokurorluğun məlumatına görə, tapılan meyitlərdən ikisinin başı kəsilib", - məlumatda deyilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun