Meksikanın ABŞ-la həmsərhəd bölgəsində 11 nəfərin cəsədi tapılıb

21 Sentyabr 2024 19:55

Meksikada ABŞ-nin Texas ştatı ilə sərhəddə yerləşən Ojinaga rayonunda 11 nəfərin cəsədi tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli El Sol de Duranqo nəşri məlumat yayıb.

"Baş Prokurorluğun məlumatına görə, tapılan meyitlərdən ikisinin başı kəsilib", - məlumatda deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun