Dünya

Almaniyada qaçqınların sayı rekord həddə çatıb

20 Sentyabr 2024 22:07
Baxış: 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada ilin əvvəlindən qaçqınların sayı təqribən 60 min nəfər artıb və 1950-ci illərdən bu yana rekord göstəriciyə çatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin "Neue Osnabrucker Zeitung" qəzeti yayıb.

Bildirilib ki, hazırda Almaniyadan 3,5 milyona yaxın qaçqın var. 

Onlardan 1,8 milyonu ukraynalı qaçqınlardır və 2023-cü ilin sonundan sayları 45 min nəfər artıb. 

Qeyd edək ki, 2024-cü ilin ortalarında Almaniyada ölkədən çıxarılacaq şəxslər siyahısında təqribən 227 min şəxs olub. 2023-cü ilin sonundan onların sayı 16 min nəfər azalıb. Almaniyadan çıxarılacaq şəxslərin 80,5%-ini isə ölkələrindəki vəziyyətə görə deportasiya etmək mümkün deyil. 

Onu da xatırladaq ki, sentyabrın 16-dan Almaniyanın bütün sərhədlərində sərhəd nəzarəti tətbiq edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.