Dünya

Livanda partladılan peycerlərlə bağlı yeni DETALLAR

19 Sentyabr 2024 07:01
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanda partladılmış peycerlərin istehsalında Macarıstanın rolu üzə çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, CNA Mərkəzi Xəbər Agentliyi partlayan peycerlərin Macarıstan şirkəti tərəfindən istehsal edildiyini yazıb.

Agentlik Tayvanın peycer şirkəti "Gold Apollo"ya istinad edib. Şirkətin məsələ ilə bağlı yaydığı bəyanata görə, Livanda partlayan rabitə cihazları Macarıstanın "BAC Consulting KFT" şirkəti tərəfindən dizayn olunub və istehsal edilib.

"Gold Apollo" bu məhsulun yalnız Macarıstanda ünvanı olan şirkətlər tərəfindən istehsalına və satışına icazə verildiyini bildirib.

"Gold Apollo" Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting KFT" şirkəti ilə öz məhsullarının istehsalına dair müqavilə bağlayıb. Açıqlamada deyilir ki, AR-924 peycerləri Macarıstanın BAC şirkəti tərəfindən istehsal edilib və satılıb. "Gold Apollo" öz brendindən istifadə etməyə icazə verib, lakin məhsulların inkişafı və istehsalına görə məsuliyyət daşımır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.