Livanda peycerlərin partlaması nəticəsində 8 nəfər ölüb, 2,8 mindən çox insan yaralanıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yaralılardan 200-nün vəziyyəti ağırdır.
Qeyd edilir ki, partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub, bir çox Livan məmurunun övladları yaralanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun