İsraildən kiber-hücum: ölən və yaralananların sayı artır

17 Sentyabr 2024 21:59

Livanda peycerlərin partlaması nəticəsində 8 nəfər ölüb, 2,8 mindən çox insan yaralanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaralılardan 200-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub, bir çox Livan məmurunun övladları yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun