Dünya

Mask həmin paylaşımı sildi

16 Sentyabr 2024 20:34
Baxış: 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində ABŞ prezidenti Co Bayden və Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisin həyatına cəhdlərin olmamasını müzakirə etdiyi paylaşımı silib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "CNN" yazıb.

Bildirilir ki, sahibkar əvvəlcə paylaşımını silmək istəməyib. O, yayımı müzakirə etdikdən sonra bu ifadəni əlavə edib:

"Heç kim bunu etməyə cəhd belə etməyib, mən bunu deyirəm, heç kim etməyəcək".

Bununla belə, Mask istifadəçi ilə razılaşıb ki, onun yazdığı yanlış şərh oluna bilər və sonradan yazı silinib.

Qeyd edək ki, Mask ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına növbəti qəsd iddiasına münasibət bildirib. Milyarder qeyd edib ki, Baydenə qarşı sui-qəsd olmasa belə, o, artıq "gəzən cəsəd"ə çevrilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.