Dünya

Zelenskinin qələbə planında nələr var? - Açıqlama

15 Sentyabr 2024 22:56
Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydenlə görüşdə ona Ukraynanın qələbəsi planını təqdim etməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

Zelenski qeyd edib ki, o, Baydenlə sülh sammitindən əvvəl Ukraynanın mövqeyini gücləndirmək barədə danışacaq:

"Çünki diplomatik qərarlar güclü olanda yaxşıdır. Əks halda Putin bu prosesdə iştirak belə etməyəcək. Hesab edirəm ki, başqa şəraitdə ruslar müharibəni dayandırmaqda maraqlı olmayacaqlar".

O bildirib ki, onun qələbə planına bir neçə məqam daxildir - dörd əsas və müharibədən sonra lazım olacaq bir məqam:

"Bu təhlükəsizliklə bağlıdır. Söhbət çox güclü hərbi dəstəkdən gedir, bu dəstək bizim üçün olmalıdır. Biz bu və ya digər amildən necə istifadə edəcəyimizə sərbəst qərar verməliyik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.