Dünya

Dünyanı silkələyən seysmik siqnallar: Sunamilər gözlənilir

15 Sentyabr 2024 13:41
Baxış: 1 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz gün davam edən seysmik dalğanın mənşəyini müəyyən edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, müəmmalı hadisənin səbəbini çöl ölçmələri, peyk şəkilləri və kompüter modelləşdirməsindən istifadə etməklə müəyyən etmək mümkün olub.

"Science" jurnalında dərc edilən araşdırmada qeyd olunub ki, yerin monoton uğultu ilə müşayiət olunan titrəyişinin səbəbi Qrenlandiyanın şərqində Dikson Fyorduna çökən və sunamiyə səbəb olan dağ zirvəsi olub. Durğun dalğa Fyordun qapalı məkanında sahildən sahilə yellənib.

Tədqiqatlar göstərib ki, bu məsələdə təkanverici amil kimi iqlim dəyişmələri çıxış edib, nəticədə dağın yamacını sabitləşdirən əriyən buzlaq dənizə çöküb.

"Bu, əvvəllər belə uzun müddət ərzində müşahidə olunmayan seysmik siqnal idi. Qlobal istiləşmə əvvəllər heç vaxt görmədiyimiz hadisələrlə üzləşməyimizə gətirib çıxara bilər. Buzla örtülmüş ərazilərdə qlobal istiləşmə təkcə buzların qopmasına və yox olmasına deyil, həm də dağ yamaclarının sabitliyinin pozulmasına gətirib çıxarır. Çox güman ki, Qrenlandiyanın fyordlarında bizi yeni sürüşmələr və sunamilər gözləyir", - tədqiqatçılar bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.