Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil sistemində süni intellekt həllərinin tətbiqi davam etdirilir.
Milli.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə "Google" şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində "Rəqəmsal məktəb" platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb.
Artıq "Rəqəmsal məktəb"də qeydiyyatdan keçmiş müəllimlər "Google"un geniş alətlər toplusuna, o cümlədən süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər. Yaradılmış imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini zənginləşdirməyə kömək edir.
Süni intellekt alətləri: "Gemini" və "NotebookLM"
İnteqrasiya olunan alətlər arasında xüsusi yer tutan "Gemini" və "NotebookLM" müəllimlər üçün praktik və gündəlik istifadə yönümlü imkanlar təqdim edir:
"Gemini" dərs planlarının hazırlanmasında, mövzuların izahında və qiymətləndirmə tapşırıqlarının yaradılmasında müəllimlərə dəstək olaraq dərsə hazırlıq prosesini sürətləndirir və məzmunun daha strukturlaşdırılmış şəkildə təqdim edilməsinə kömək edir.
"NotebookLM" müəllimlərin öz materialları əsasında işləməsinə imkan verərək yüklənmiş sənədlər üzrə xülasələrin hazırlanması, əsas məqamların müəyyənləşdirilməsi və sualların yaradılması kimi funksiyalar vasitəsilə materiallarla işi daha effektiv edir.
Bununla yanaşı, müəllimlər üçün "Google Classroom", "Docs", "Slides", "Sheets", "Forms", "Drive", "Meet", "Chat", "Calendar" və "Keep" kimi digər "Google" alətləri təqdim olunur və bu alətlər dərs idarəetməsi, məzmunun hazırlanması, ünsiyyət və əməkdaşlıq proseslərini vahid rəqəmsal mühitdə daha səmərəli təşkil etməyə imkan verir.
Təqdim olunan alətlər dərs planlaşdırmanın daha çevik təşkilinə imkan yaradır, tədris materiallarının hazırlanması və paylaşılması prosesini sadələşdirir. Eyni zamanda qiymətləndirmə daha sistemli şəkildə həyata keçirilir, fərdiləşdirilmiş yanaşmalar üçün imkanlar genişlənir və nəticədə müəllimlərin vaxtına əhəmiyyətli dərəcədə qənaət olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
XƏBƏR LENTİ
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)





