İsrail ordusu bildirib ki, ötən gecə Beyrut şəhərinə endirilən zərbə nəticəsində "Hizbullah" təşkilatının rəhbəri Naim Qasım-in şəxsi katibi öldürülüb.
Milli.Az xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasında öldürülən şəxsin Əli Yusuf Harşi olduğu bildirilir.
Qeyd olunur ki, o, "Hizbullah" liderinin qardaşı oğlu olub.
Açıqlamada Harşi Qasımın yaxın silahdaşı və şəxsi müşaviri kimi təqdim edilib, onun rəhbərin aparatının idarə olunmasında və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.
Ayxan
Milli.Az





