Dünya

Britaniyalı qadın eyni uşağı iki dəfə dünyaya gətirdi - FOTO

14 Sentyabr 2024 13:54
Baxış: 2 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada nadir bir hadisə baş verib. Ölkənin 23 yaşlı sakini oğlunu iki dəfə dünyaya gətirməli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" xəbər yayıb.

Bildirilir ki, həkimlər hamiləliyin erkən mərhələsində dölə onurğada yırtıq (Spina bifida) diaqnozu qoyublar. Xəstəliyin irəliləməsinin qarşısını almaq üçün hamiləliyin altıncı ayında britaniyalı qadına mürəkkəb əməliyyat aparılıb - həkimlər dölu çıxarıb, qüsurun bir hissəsini düzəldib və uşağı sonrakı bətndaxili inkişaf üçün yenidən bətnə yerləşdiriblər.

Körpənin ikinci dəfə dünyaya gəlişi isə 38-ci həftədə baş verib. Bu dəfə doğulmuş körpə reanimasiya şöbəsində 8 gün qalıb və daha bir neçə əməliyyat keçirib.

Həkimlərin proqnozlarına görə, diaqnozu səbəbindən uşaq heç vaxt gəzməyə bilərdi. Bununla belə, valideynlərin səyləri və intensiv fizioterapiya sayəsində körpə bir il ərzində əhəmiyyətli uğurlar əldə edib. Bu, oğlanın gələcəkdə müstəqil gəzə biləcəyinə ümid verir.

Qeyd edək ki, Böyük Britaniyada hər il təxminən 600 uşaq onurğada yırtıqla doğulur. Lakin uşağın iki dəfə doğulması olduqca nadir hadisədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.