Dünya

Rus təyyarələri yaxınlaşdı, alman qırıcıları havaya qaldırıldı

14 Sentyabr 2024 00:07
Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baltik dənizi zonasında NATO-nun hava patrulu missiyasında iştirak edən Almaniyanın "Eurofighter" qırıcıları Rusiya qırıcılarına görə havaya qaldırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

"Bu gün Rusiya təyyarələrinin uçuş planı və transponder siqnalı olmadan uçması səbəbindən Laage aviabazasından və Latviyanın Lielvarde aerodromundan çevik reaksiya qüvvələrimizə xəbərdarlıq edilib", - qeyd edilir.

Bildirilib ki, alman qırıcıları Baltik səmasında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-142 və Su-30 təyyarələrini müşayiət edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hərbi aviasiyasının bütün uçuşlarının hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq həyata keçirildiyini açıqlamışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.