Dünya

İlon Mask Trampa trilyonlar qazandıracaq - AP

7 Sentyabr 2024 13:25
Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, dövlət başçısı olarsa, Tesla və SpeysX şirkətlərinin yaradıcısı İlon Maskın təklif etdiyi bütün federal sistemin auditi üçün hökumət administrasiyasının səmərəliliyini artırmaq məqsədilə xüsusi komissiya yaradacaq. Bu komissiyaya elə İlon Mask başçılıq etməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Asoşeyted Press" məlumat yayıb.

"İlon Mask Trampın müttəfiqi kimi getdikcə daha fəal hərəkət edir. Bu komissiya, prezidentliyə namizədlə milyarder arasında ittifaqda ən son yüksək profilli addımdır. Tramp hələ 2022-ci ildə vergi ödəyicilərinin səhv ödənişlər və fırıldaqçılıq səbəbindən yüz milyardlarla dollar itirdiyini demişdi. Buna görə də yeni komissiya saxtakarlığı və yanlış ödənişləri kökündən aradan qaldırmalı olacaq.

Respublikaçı namizədə plan hazırlamaq üçün altı ay vaxt verir. Sonradan bu qərarla trilyonlarla dollara qənaət edilməlidir", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.