Dünya

İsrailli nazirə çimərlikdə hücum - Saxlanılan var

6 Sentyabr 2024 19:49
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Təl-Əvivdə hücuma məruz qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

Nazir ailəsi ilə birgə çimərlikdə olarkən 27 yaşlı qadın siyasətçinin yanına qaçaraq ona qum atıb.

Məlumata görə, şübhəli hadisə yerindən dənizə qaçmağa çalışsa da, polis onu saxlayıb.

Qadın Təl-Əvivin mərkəzindəki polis bölməsinə aparılıb. O, dövlət qulluqçusuna hücum etməkdə şübhəli bilinir, polis onu məsuliyyətə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, Ben Qvir ifrat sağçı "Yəhudi Gücü" partiyasına rəhbərlik edir və fələstinlilər haqqında sərt bəyanatları ilə tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.