Dünya

Şok iddia: Durov Fransa kəşfiyyatına işləyir

1 Sentyabr 2024 23:07
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleqramın təsisçisi və baş direktoru Pavel Durov Parisdə dindirilmə zamanı bildirib ki, həbs olunmazdan əvvəl də Fransa Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin nümayəndələri ilə əlaqə saxlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Liberation" nəşri istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.

Media qeyd edir ki, Durov terrorizmlə mübarizə çərçivəsində Fransa əks-kəşfiyyatı ilə rəsmi əlaqə kanalı yaradıb. Ehtimal olunur ki, bu, bir növ "qaynar xətt" və bir neçə terror hücumunun qarşısını almağa imkan verən xüsusi e-poçt ünvanıdır.

Həbs edildikdən sonra Durov Fransa istintaqı ilə əməkdaşlığa hazır olduğunu bəyan edib və mobil telefonunu ona giriş kodu ilə təmin edib. Eyni zamanda o, "hərbi sirr təşkil edən" məlumatı açıqlamaqdan imtina edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılıb. Daha sonra Pavelin qardaşı Nikolayın da Fransa hakimiyyət orqanları tərəfindən axtarışa verilməsi barədə məlumat yayılıb. Avqustun 28-də P.Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.