Dünya

Yeni epidemiya: 57 nəfər xəstəxanalıq oldu, 9 nəfər öldü

30 Avqust 2024 09:42
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də doqquz nəfərin ölümü ilə nəticələnən böyük bir listerioz epidemiyası qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumat ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəsmi saytında yerləşdirilib.

Son məlumatlara görə, 57 nəfər xəstəxanaya yerləşdirilib, doqquz nəfər isə ölüb.

Qeyd olunur ki, bu, 2011-ci ildən bəri ən böyük listerioz epidemiyasıdır. Həmin vaxt epidemiya yemişlə əlaqələndirilirdi.

CDC amerikalıları geri çağırılan ət məhsullarını yeməməyə çağırıb. Hamilə qadınlar, 65 yaşdan yuxarı insanlar və immun sistemi zəif olan şəxslərin mağazalarda kəsilmiş əti bişirilməmiş halda yeməkdən çəkinmələri tövsiyə olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.