Dünya

Kurskda su anbarı ilə bağlı qadağa tətbiq edildi

24 Avqust 2024 23:40
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kursk vilayətinin operativ qərargahı Kursk AES-in yerləşdiyi Kurçatov şəhərindəki su anbarının sularında məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.

"Regional əməliyyat qərargahı Kurçatov su anbarının sularında və onun sahil zonasında mədəni, idman və digər tədbirlərin keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib. Kiçik qayıqların, reaktiv xizəklərin və digər su gəmilərinin də hərəkəti qadağandır. Bundan əlavə, sahil zonasında əyləncə məkanlarının fəaliyyəti və kütləvi tədbirlərin keçirilməsinə də qadağa qoyulub", - o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.