Paşinyanın qiymətini gizlətdiyi raketlər: Ermənistana göndərilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hind mediasının məlumatına görə, bu ilin sonuna kimi ilk Hindistan zenit-raket kompleksləri Ermənistana çatdırılacaq. İrəvan ümumi dəyəri 720 milyon dollar olan bu zenit müdafiə sistemlərindən 15 ədəd sifariş verib.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.
Ermənistanın təhvil alacağı "Akaş-1S" hava hücumundan müdafiə sistemləridir. 1983-cü ildə hazırlanıb, 30 ildən sonra xidmətə başlayıb. Ermənistan "Akaş" sistemləri ilə yanaşı, son iki ildə Hindistandan "Pinaka" kompleksləri, snayper və qumbaraatanlar da alıb.
"Past" qeyd edir ki, Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığı son iki ildə Nikol Paşinyan hökumətinin Rusiya və KTMT-dən ayrılmaq, silah tədarükünü diversifikasiya etmək kursunu qəbul etməsi ilə inkişaf etməyə başlayıb:
"Hindistan silahları yaxşıdır, amma vacib bir sual var: bu silahları Ermənistan Silahlı Qüvvələrinə nə dərəcədə inteqrasiya oluna, ordunun döyüş qabiliyyətini artıra və ölkə iqtisadiyyatı üçün həddindən artıq maliyyə yükü olmaya bilər?
Həmin silahın Ermənistana hansı yolla çatdırılacağı da vacibdir. Bu mənada yeganə tranzit istiqaməti İrandır, Hindistan yükləri dəniz yolu ilə Çabahar limanına çatır və oradan da uzun quru yolu ilə Ermənistana daşınır.
Mütəxəssislərin fikrincə, Hindistan silahları Qərb silahlarından ucuz olsa da, Ermənistanın on illərdir aldığı Rusiya silahlarından bahadır. Bundan əlavə, hakimiyyətin söz açmadığı komplekslər üçün nəzərdə tutulan raketlərin qiyməti baha olacaq.
Paşinyan hökuməti Hindistan, Fransa və digər Qərb silahlarının idxalını "böyük diplomatik uğur" kimi təqdim edir, amma indiyədək heç bir iqtisadi hesablama təqdim edilməyib. Yalnız həmin hesablamalardan sonra bu silahların alınmasının əsaslı olub-olmamasından danışmaq mümkün olacaq. O vaxta qədər şübhələr qalacaq və dərinləşəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





