Dünya

ABŞ-da vitse-prezidentliyə namizəd ukraynalı generallarla danışmaq istəməyib

8 Avqust 2024 00:30
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens 2023-cü ilin payızında Konqresdə Kiyevə bloklanan yardımı onunla müzakirə etmək istəyən Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri ilə əlaqə saxlamaqdan imtina edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Nəşr, senator Vens ilə blogger və sahibkar Çarlz Conson arasındakı yazışmaları əldə edib. 2023-cü ilin oktyabrında onlar ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət edən respublikaçıların Ukraynaya yardım üçün büdcə ayırmalarına mane olmaq qərarını müzakirə ediblər.

Vens Consona Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələrinin ona zəng etdiyini deyib.

"Mən Ukraynadan gələn zənglərə belə cavab verməyəcəyəm. İki çox yüksək səviyyəli şəxs mənə zəng edib. Onların kəşfiyyat rəhbəri (Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov - Qeyd) və hava qüvvələrinin başçısı (Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Nikolay Oleşuk - Qeyd). "F-16" qırıcılarının göndərilməsi ilə bağlı danışacaqdılar".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory