Dünya

Misir və ABŞ liderləri Qəzzada atəşkəs üçün işi davam etdirəcəklər

7 Avqust 2024 00:47
Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir Prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Cozef Bayden Qəzza zolağında atəşkəsin yaradılması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, onlar ABŞ tərəfinin təşəbbüsü ilə telefon danışığı aparıblar.

"Dövlət başçıları Qəzzada atəşkəs və iki dövlət prinsipinin həyata keçirilməsinə yönəlmiş birgə intensiv fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Məhz bu prinsip Yaxın Şərq regionunda yaşayan bütün xalqlar üçün sabitliyin əsas təminatçısı rolunu oynayır", - Misir Prezidentinin rəsmi nümayəndəsi Əhməd Fəhmi feysbukdakı səhifəsində yazıb.

Əl-Sisi və Bayden söhbət zamanı həmçinin təsdiqləyiblər ki, onlar bölgədə vəziyyətin gərginləşməsini azaltmaq və təhlükəsiz mühiti bərpa etmək üçün hər cür səy göstərməyə davam edəcəklər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.