Rusiyanın Başqırdıstan Respublikasının Stərletamak şəhərində müəssisələrdən birində yanğın baş verib, nəticədə 3 nəfər ölüb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i İstintaq Komitəsinin Başqırdıstan üzrə idarəsinə istinadən məlumat yayıb.
"Sənaye binasında köhnə boru kəmərinin sökülməsi zamanı qaz-hava qarışığı yanıb, 3 işçi termik yanıq alıb, onlar hadisə yerində keçiniblər", - məlumatda diqqətə çatdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun