Dünya

İsrail “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi

5 Avqust 2024 11:35
Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda yerləşən "Hizbullah"ın hərbi obyektlərinə, o cümlədən silah anbarına zərbələr endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bundan əlavə, Şebaa və Raçaya Əl-Fuxar ərazilərindən gələn təhlükəni aradan qaldırmaq üçün artilleriyadan da atəş açılıb.

Həmçinin bildirilib ki, Malkia bölgəsində partlayıcı daşıyan pilotsuz təyyarə düşüb. Onun Livan tərəfdən gəldiyi deyilir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.