Dünya

Rusiya Müdafiə Nazirliyi: Qarşı tərəf intensiv HÜCUMA BAŞLAYIB

3 Avqust 2024 23:56
Baxış: 1 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın bir sıra regionlarında 75 pilotsuz təyyarə vurulub.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rostov və Orlov vilayətlərində ATS-lərin əksəriyyəti vurulub.

"Dünən gecə Kiyev rejimi pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya Federasiyası ərazisində yerləşən hədəflərə hücumları həyata keçirib", - deyə açıqlamada bildirilib.

Rostov vilayətində 36, Orlovda 17 pilotsuz təyyarə vurulub. Kurskda daha səkkiz PUA, Belqorodda doqquz, Ryazanda iki pilotsuz təyyarə vurulub. Voronej vilayəti, Azov dənizi və Krasnodar diyarında bir pilotsuz təyyarə məhv edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.