Dünya

Keçmiş arvadının ad gününə elə hədiyyə göndərdi ki...

5 Avqust 2024 03:03
Baxış: 6 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Pskov vilayətində kişi keçmiş həyat yoldaşına qəribə hədiyyə göndərib.

Milli.Az lent.az-a istinadən bildirir ki, cütlük 2017-ci ildən 2023-cü ilə qədər 6 il birlikdə yaşayıb. Lakin qız ərinin davranışına görə evliliyi bitirmək qərarına gəlib. O, kobud davranırmış və narkotik aludəçiliyindən əl çəkmək istəməyib. Bu səbəblərə görə onlar boşanıblar.

Keçmiş arvadının ad günündə kişi ona "hədiyyə" hazırlayıb. O, maşınının kapotuna "Başını müalicə et" sözləri yazılmış donuz başı qoyub. Qız şoka düşüb və keçmiş ərindən polisə şikayət edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.