Dünya

Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basıldı - VİDEO

27 İyul 2024 19:35
Baxış: 2 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basılıb.

Milli.Az xəbər verir ki, bu barədə Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində yazıb.

Siyasətçi qeyd edib ki, "hətta müəyyən auditoriya" Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edib, buna görə də "o, hətta çaşıb qalıb".

Filippo öz paylaşımına Fransa liderinin çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.