Dünya

Dünyanın başı dərddə - Yeni ölümcül virus tapıldı

27 İyul 2024 18:34
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada yeni ölümcül virus növü - "Oropuche" aşkarlanıb. 

Belə ki, bu virus milçəklərin insanı dişləməsindən sonra yayılır və ölümcül funksiya daşıyır. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Oropuche" virusundan ilk ölüm faktı Braziliyada baş verib. Braziliyanın Səhiyyə Nazirliyi Bahia bölgəsində yaşayan 30 yaşdan kiçik iki qadının ağır simptomlar göstərdikdən sonra öldüyünü açıqlayıb. 

Zərərçəkmişlərin başqa məlum xəstəliyi olmadığı bildirilib. Məlumata görə, virus hazırda Boliviya, Braziliya, Kolumbiya, Kuba və Peruda yayılır. Braziliyada bu il indiyədək 7236 nəfər bu virusa yoluxub. 

Daha bir məlumatda isə qeyd olunub ki, bu xəstəliyin başqa simptomları da mövcuddur. Bu simptomlara intensiv qızdırma, baş ağrısı, oynaqların sərtliyi, ağrı, titrəmə və bəzən beş ilə yeddi günə qədər davam edən ürəkbulanma və qusma daxildir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.