Dünya

Üç ölkədən Qəzza ilə bağlı çağırış: Dərhal...

27 İyul 2024 07:25
Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya, Yeni Zelandiya və Kanada liderləri Qəzzada dərhal atəşkəsin imzalanmasına çağırış ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İsrael Today" nəşri məlumat yayıb.

Hər üç ölkə ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanan və İsrailin təsdiqlədiyi girovların azad edilməsi və atəşkəslə bağlı razılaşmaya sadiq olduqlarını bildiriblər.

Onlar bütün tərəfləri təmkin nümayiş etdirməyə və gərginliyi azaltmağa çağırırlar:

"Mülkilər qorunmalıdır və humanitar vəziyyətin yoluna qoyulması üçün Qəzzada yardım axınının davamlı şəkildə artırılması gərəkdir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.