Yunanıstanın bütün addımlarını izləyirik.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə lazım gələndə müdaxilələr də edir.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə bütün ölkələrlə dostluğu möhkəmləndirməyə, dostlarının sayını artırmağa çalışır: "Uzadılan heç bir əli havada saxlamırıq".
Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias daha əvvəl bildirmişdi ki, onlar bir gecə qəfil F-35 qırıcı təyyarələri ilə Ankaraya gedə bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun