Dünya

Kanadada meşə yanğını: minlərlə sakin təxliyə edilir

23 İyul 2024 21:44
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Genişmiqyaslı meşə yanğınları Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətlərinin minlərlə sakini evlərini tərk etməyə məcbur edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, eyniadlı milli təbiət qoruğunun ərazisində yerləşən Jasper şəhərinin 4,7 min sakini təxliyə barədə göstəriş alıb. Britaniya Kolumbiyasında Uilyams gölü bölgəsində yaşayan vətəndaşlara da evlərini tərk etmək əmri verilib.

İtkilər barədə məlumat verilmir.

Qeyd edilir ki, yanğınlara güclü istilər və ildırım çaxması səbəb olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.