İlon Mask: "Oğlumu itirdim, mənim oğlum, Ksavyer öldü"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"SpaceX" və "Tesla" şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask cinsiyyətini dəyişən övladı Vivian Cenna Uilsondan (keçmiş adı Ksavyer Mask) danışıb.
Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Mask müsahibəsində övladından bəhs edərkən ondan keçmiş adı ilə bəhs edib.
Milyarder övladının "ağıl virusu tərəfindən aldadıldığını" bildirib. O, oğlunun qərarı ilə bağlı imzaladığı sənədlər haqqında deyib: "Məni əslində böyük oğlanlarımdan biri olan Ksavyerin sənədlərini imzalamaq üçün aldatdılar. Onu müalicəsi üçün razılıq verməli idim. Dərmanların yeniyetmələr üçün cinsi dəyişdirən preparatlar olduğunu izah etmədilər. Nə baş verdiyini anlamırdım və COVID-19-un davam etdiyi vaxtlar olduğundan çox qarışıqlıq idi və sənədləri imzalamasam mənə onun həyatını sonlandıracağını söylədilər".
"SpaceX"in qurucusu prosesin "razılıq yaşına çatmamış" uşaqlar üzərində aparıldığını iddia edib.
"Oğlumu itirdim. Mənim oğlum, Ksavyer öldü. O, "ağıl virusu" tərəfindən öldürüldü", - deyə Mask müsahibəsində deyib.
Digər mənbələrdə yazılan məlumatlara görə, Vivian 16 yaşında xalasına mesaj göndərərək transseksual olduğunu bildirib, lakin ondan cinsi kimliyini atasından gizlətməyini xahiş edib.
Xatırladaq ki, iş adamının transgender övladı 22 iyun 2022-ci ildə 18 yaşında olarkən Kaliforniya ştatının Santa-Monika şəhərinin məhkəməsinə müraciət edib, adını və cinsini dəyişdirmək istədiyini bildirib. Məhkəmə onun ərizəsini təmin edib. O, məhkəmə ərizələrində Mask ilə heç bir şəkildə qohum olmaq istəmədiyini bəyan edib.
Onu da əlavə edək ki, Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə ailə həyatı qurub. 2002-ci ildə cütlüyün bir oğlu dünyaya gəlsə də, körpə 10 gündən sonra dünyasını dəyişib. Daha sonradan cütlüyün Ksavyer və Qrifin adlı əkizləri, Demian, Kai və Sekson adlı üçəmləri dünyaya gəlib. Mask və Uilson 2008-ci ildə ayrılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ed Şiran səhnədən getdi
-
İspaniya - Kabo-Verde millilərinin start heyətləri açıqlandı
-
Görünüş məsafəsi məhdudlaşacaq
-
Noyer DÇ-2026-da rekord qırdı
-
ABBA-nın üzvü vəfat etdi - FOTO
-
Mahsun Kırmızıgül Bakıya tanınmış iş adamının oğlunun toyuna gəlibmiş
-
Ətçəkənin bıçaqlarını itiləməyin sadə üsulu
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
-
Vuçiç ilk dəfə Gürcüstanda
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB





