Dünya

Bu ölkələr Rusiyaya görə Gürcüstana təzyiq ediblər - Şok detallar

19 İyul 2024 19:40
Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ukraynaya hücumundan sonra xarici dövlətlərin nümayəndələri Gürcüstan hakimiyyətindən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili "İmedi" telekanalına müsahibəsində bildirib.

"İndi deyirlər ki, heç kim bizdən sanksiyalar tətbiq etməyi tələb etməyib. Onlar bu barədə açıq danışmadılar, amma bağlı qapılar arxasında bizdən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi xahiş etdilər", - Papuaşvili bildirib.

Rəsmi söhbət hansı ölkələrdən və liderlərdən getdiyi barədə ətraflı açıqlama verməyib. Lakin xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı Tbilisiyə artan təzyiqləri nəzərə alsaq, söhbətin Avropa ölkələrindən getdiyini ehtimal etmək olar.

Qeyd olunan mübahisəli qanun və hətta tətbiq edilən məhdudiyyətlərlə bağlı Gürcüstan hakimiyyətini də tənqid edən ABŞ-ın belə bir tələb irəli sürməsi də istisna edilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.