ABŞ Dövlət Departamenti: Ermənistanda investisiya mühitində problemlər var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanda investisiya mühiti ilə bağlı problemlər arasında qanunun aliliyinin və məhkəmə sisteminin zəifliyi, eləcə də korrupsiya var.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2024-cü il üçün investisiya mühiti ilə bağlı hesabatında deyilir.
Sənəddə vurğulanıb ki, qanunlar xüsusən əsas institutlarda, ən çox da məhkəmə sistemində müstəqillik, bacarıq və ya peşəkarlığın olmaması nəticəsində pozulur.
"Müəssisə rəhbərləri hesab edirlər ki, bir çox Ermənistan məhkəmələri səmərəlilik, müstəqillik və peşəkarlıq səviyyəsinin aşağı olmasından əziyyət çəkir və bu, məhkəmə sisteminin gücləndirilməsini zəruri edir", - hesabatda deyilir.
Dövlət Departamentinin məlumatına görə, biznes assosiasiyaları vergi, gömrük, tibb, təhsil və hüquq-mühafizə orqanlarında geniş islahatlara ehtiyac olduğunu bildirib:
"İnvestorlar deyirlər ki, şəffaf, ədalətli və proqnozlaşdırıla bilən biznes mühitini təmin etmək üçün həll edilməli olan çoxlu problemlər qalmaqdadır. Özəl sektor nümayəndələri hökumətlə dialoqun keyfiyyətindən narahatdırlar".
Hesabatda həmçinin dövlət məmurlarının investorların üzləşdiyi problemləri tez bir zamanda həll etmək imkanları ilə bağlı problemlərin olduğu müəyyən edilib.
Dövlət Departamenti digər məsələlərlə yanaşı, Ermənistanda istehlakçıların məhdud alıcılıq qabiliyyəti ilə bağlı problemlərə də işarə edib.
Sənədə əsasən Ermənistanda qanunun aliliyi qorunmur, dövlət məmurları hamı ilə eyni rəftar etmir və etik davranışı problemi mövcuddur. Bu da öz növbəsində biznes üçün narahatlıqlar yaradır.
ABŞ şirkətləri vurğulayıb ki, investisiya mühiti əqli mülkiyyət hüquqlarının təmin edilməməsi səbəbindən pozulub. Baxmayaraq ki, hökumət əlaqəli hüquqların təmin edilməsini gücləndirməyi öhdəsinə götürüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
XƏBƏR LENTİ
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu





