Dünya

Qəzzanın Səhiyyə Nazirliyi münaqişədə ölən fələstinlilərin sayını açıqlayıb

14 İyul 2024 07:51
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 443 nəfərə yüksəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu dövr ərzində ümumilikdə 88 481 nəfər yaralanıb.

Məlumata görə, son 24 saat ərzində 61 nəfər ölüb, 129 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.