Dünya

Bu, NATO üzvlərinin Cənubi Qafqaza sızması deməkdir

12 İyul 2024 10:04
Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva NATO-nun Cənubi Qafqaza "yavaş-yavaş sızması" ilə bağlı narahatdır.

Milli.Az xəbər verir ki, diplomata görə, Avropa İttifaqının (Aİ) missiyası Ermənistanın razılığı ilə bölgədə müvəqqəti missiyadan daimi missiyaya çevrilə bilər.

"Bundan başqa, məlum olduğu kimi, bu ilin aprelində missiyanın tərkibində kanadalı nümayəndələr peyda olub ki, bu da əslində NATO üzvlərinin Cənubi Qafqaza yavaş-yavaş sızması deməkdir", - deyə Qaluzin əlavə edib.

Qaluzin həmçinin bildirib ki, Qərb Ermənistanda Rusiya obyektlərinə və qonşu dövlətlərə qarşı kəşfiyyat məlumatları toplaya bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.