Dünya

Baydenin namizədliyini geri götürməsini istəyənlərin sayı artır

12 İyul 2024 07:00
Baxış: 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da keçirilən sorğuya görə, prezident Co Baydenin namizədlikdən geri çəkilməsini istəyənlər 67 faiz təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, "ABC News", "Washington Post" və "Ipsos" tərəfindən 5-9 iyul tarixləri arasında ölkə daxilində 2431 iştirakçı ilə keçirilən sorğu Baydenin namizəd olub-olmama məsələsində insanların rəyini müəyyən edib.

Sorğuda iştirak edənlərin 85 faizi Baydenin ikinci dəfə prezident olmaq üçün çox yaşlı olduğunu deyib. Eyni zamanda 67 faiz insan noyabrda keçiriləcək prezident seçkilərində onun namizədliyini geri götürməli olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory