Dünya

Bu ölkə Rusiyaya qarşı sanksiyaları genişləndirdi

9 İyul 2024 16:36
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamenti (EAER) məlumat yayıb.

Bildirilib ki, sanksiyalar siyahısına daha 69 fiziki və 47 hüquqi şəxs əlavə edilib. Yeni sanksiyalar iyulun 9-da qüvvəyə minəcək.

Həmçinin "RİA Novosti" agentliyinin, "İzvestiya" qəzetinin, "Rossiyskaya qazeta"nın və Praqada yerləşən "Avropanın səsi" portalının təbliğatına da qadağa qoyulub. Bildirilib ki, Avropa İttifaqındakı tədbirlərdən fərqli olaraq, bu KİV-lərin İsveçrədə yayımına qadağa qoyulmayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.