Dünya

Amerikalılar Baydeni "qoca" hesab edirlər

4 İyul 2024 09:41
Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalıların əksəriyyəti ABŞ Prezidenti Cozef Baydeni ikinci müddətə yenidən seçilmək üçün çox yaşlı hesab edirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Wall Street Journal" qəzetinin apardığı sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 80 %-i Baydenin daha bir prezidentlik dövrü üçün yaşlı olduğu fikri ilə razılaşır. Qeyd olunur ki, Demokrat Partiyasının tərəfdarlarının üçdə ikisi Baydeni başqa namizədlə əvəz edəcək. Respondentlərin 47 %-i həm hazırkı prezident, həm də keçmiş dövlət başçısı Donald Trampı digər namizədlərlə əvəz edərdi.

Nəşr iddia edir ki, bu gün prezident seçkiləri keçirilsəydi, respondentlərin 48 % -i Trampa, 42 %-i Baydenə səs verərdi.

Sorğu iyunun 29-dan iyulun 2-dək 1,5 min nəfər amerikalı arasında aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.