Dünya

Çinin 2 keçmiş müdafiə naziri partiyadan qovuldu

28 İyun 2024 07:33
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu partiya intizamını pozduqlarına görə Çin Kommunist Partiyasının (ÇKP) sıralarından xaric ediliblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə qərar ÇKP-nin Mərkəzi Komitəsinin siyasi bürosunun iyunun 27-də keçirilən iclasında qəbul olunub.

Hər iki sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Çin Xalq Azadlıq Ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın intizam və nəzarət qurumu sabiq nazirlər haqqında ötən il başlatdığı təhqiqatı yekunlaşdıraraq işi hərbi prokurorluğa göndərib.

Mərkəzi Hərbi Şura bir müddət əvvəl sabiq nazirləri hərbi xidmətdən kənarlaşdırmaqla yanaşı, onları general rütbəsindən məhrum edib.

Qeyd edək ki, Vey Fenhe 2018-ci ilin martından 2023-cü ilin martınadək, Li Şanfu isə 2023-cü ilin martından oktyabrınadək Çinin müdafiə naziri vəzifəsində çalışıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.