Dünya

Pakistan od tutub yanır - 568 nəfər istidən öldü

27 İyun 2024 18:13
Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Kəraçi şəhərində təsirini davam etdirən istilər nəticəsində son 6 gündə 568 nəfər həyatını itirib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, havanın temperaturunun 49 dərəcəyə yüksəlməsi və yüksək rütubətin təsiri nəticəsində ölənlərin sayı artır.

Təcili yardım xidmətinin verdiyi açıqlamada, həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, lakin son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.

Qeyd olunub ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.