Dünya

Polşa ATƏT-dəki nümayəndəliyini bağlayır

1 İyul 2024 13:34
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəliyinin bağlanması ilə bağlı qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Qərarın səbəbi açıqlanmır.

Missiyanın vəzifələrini Polşanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəliyi tərəfindən yerinə yetiriləcək.

Qeyd edək ki, Polşa 1973-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransın (hazırkı ATƏT) ilk iclasında iştirak edən ölkələrdən biridir. Respublika təşkilata sonuncu dəfə 2022-ci ildə sədrlik edib. ATƏT-in strukturlarından birinin - Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərargahı Varşavada yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.