Dünya

Kadırov oğlunu yetkinlik yaşına çatmayan qızla evləndirdi

21 İyun 2024 07:20
Baxış: 1 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan lideri Ramzan Kadırov 17 yaşlı oğlu Əlini Dövlət Dumasının deputatı Adam Delimxanovun azyaşlı nəvəsi ilə evləndirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

İddia edilib ki, iyunun 8-də Çeçenistan rəhbərinin iki oğlu, 17 yaşlı Əli və 16 yaşlı Adam gizli şəkildə evləniblər.

Jurnalistlər gəlinin anası Xedi Delimxanovanın sosial şəbəkələrini təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, Əlinin həyat yoldaşının yaşı 14-dən çox ola bilməz.

16 yaşlı Adam Kadırov isə Delimxanovun əmisi oğlu senator Süleyman Geremeyevin qızı ilə evlənib. Onun neçə yaşı olduğu məlum deyil.

Jurnalistlərin qeyd etdiyi kimi, Kadırovun oğullarının nüfuzlu çeçenlərin qızları ilə "ikiqat toyu" atasının ölümü halında ailəni qorumaq cəhdidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.