Dünya

Yunanıstanda güclü meşə yanğını başladı - yaşayış məntəqələri boşaldıldı

19 İyun 2024 17:34
Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən vətəndaşların mobil telefonlarına göndərilən təcili xəbərdarlıqda Koropi yaxınlığındakı Lambrakidə vətəndaşlardan meşə yanğını səbəbindən ərazini tərk etmələri istənilib.

Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədi ilə bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Bəzi evlərə və iş yerlərinə sıçrayan və maddi ziyana səbəb olan yanğına həm havadan, həm də qurudan yanğınsöndürmə qrupları müdaxilə etsə də, bölgədə küləyin sürəti saatda 90 kilometrə çatması səbəbindən söndürülmə işlərində çətinlik yaşanır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.