Dünya

İlon Maskdan QORXULU PROQNOZ: "Telefonlar olmayacaq, yalnız..."

17 İyun 2024 13:27
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gələcəkdə insanlar bir-biri ilə ünsiyyət qurmaq üçün telefon əvəzinə beyin implantlarından istifadə edəcəklər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu qorxulu proqnozu "X" sosial şəbəkəsində iş adamı, "SpaceX" və "Tesla"nın sahibi İlon Mask verib.

"Not Elon Musk" adlı istifadəşi İlon Maskın paylaşımına reaksiya verib. O, Maskdan özünə yeni telefonu öz fikirləri ilə idarə etməyə imkan verəcək implant quraşdırıb-qurmayacağını soruşub.

"Gələcəkdə telefonlar olmayacaq, yalnız "Neuralink"" , - deyə Mask cavab verib.

May ayının sonunda İlon Maska məxsus "Neuralink" startapı mikroçipləmə üçün üç yeni xəstə axtarmağa başlayıb. Şirkət 2026-cı ildə mikroçipli cihazlar üzərində araşdırmalara başlamaq niyyətindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.