Cənubi Afrika Milli Assambleyası ölkə Prezidenti Siril Ramafosanı yenidən prezident seçib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Cənubi Afrika Ali Məhkəməsinin sədri Raymond Zondo Siril Ramafosanı ölkənin rəsmi seçilmiş prezidenti elan etdiyini bildirib.
Seçkilərin nəticələrinə görə, Ramafosa 283, onun rəqibi - "İqtisadi azadlıq mübarizləri" partiyasının lideri Culius Malema isə 44 səs toplayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
 
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        




        
                