Dünya

Zelenskinin keçmiş stilisti müəmmalı şəkildə öldü

13 İyun 2024 17:16
Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenskinin "Kvartal 95" studiyasının rəhbəri olduğu vaxtlarda stilisti işləmiş Aleksandra Ryazantseva müəmmalı şəkildə ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ukrayna mətbuatı Ryazantsevanın iyunun 11-də xidmət etdiyi 78-ci əlahiddə desant-hücum alayının yüksək dəqiqlikli raketlə vurulması nəticəsində öldüyünü yazıb.

Lakin bəzi ukraynalı blogerlər Ryazantsevanın dəfələrlə ağır şəkildə döyüldüyü üçün reanimasiyaya aparıldığını yazıblar. Bildirilib ki, Ryazantseva aldığı ağır xəsarətlərdən ölüb.

Amma onun xidmət etdiyi alaydan Ukrayna mətbuatına verilən məlumatda bildirilib ki, Aleksandra Ryazantseva Jitomir xəstəxanasında ürək tutmasından ölüb. Məlumata görə, qadın bir gün sonra başqa hərbi hissəyə yollanmalı imiş.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.