Dünya

Nəhənglərin qarşıdurması: Maskdan"Apple"a QADAĞA

13 İyun 2024 06:06
Baxış: 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur iş adamı və innovator İlon Mask "Apple"ın "ChatGPT" inteqrasiyasına qarşı çıxıb və şirkətlərində bu cihazlardan istifadəyə qadağa qoyacağını deyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə o, özünün "X" sosial şəbəkə hesabında yazıb:

"Əgər "Apple" "OpenAI" əməliyyat sistemi səviyyəsində inteqrasiya edərsə, bu cihazlar mənim şirkətlərimdə qadağan olunacaq. Bu, yolverilməz təhlükəsizlik pozuntusudur", - deyə o paylaşımında bildirib.

O, həmçinin "Apple" şirkətinin icraçı direktoru Tim Kukun "X" hesabındakı postunun altında da xəbərdarlıq edib.

"Ya bu qorxunc casus proqramı dayandırın, ya da bütün "Apple" cihazları mənim şirkətlərimdə qadağan olunacaq",- deyə Mask yazıb.

Qeyd edək ki, "Apple" 10 iyun tarixində keçirilən WWDC 2024 tərtibatçılar konfransında cihazları üçün əməliyyat sistemlərinin yeniləmələrini təqdim edib. Xüsusilə, şirkət "iPhone" və "Mac" üçün süni intellekt əsaslı funksiyalar toplusu olan "Apple Intelligence"ı təqdim edib və "ChatGPT"nin "Siri" səsli köməkçisinə inteqrasiyasını elan edib.

"Apple"dan bildirilib ki, "Siri" tapşırığı yerinə yetirə bilmədikdə istifadəçiyə çat-bota müraciət etməyi təklif edəcək. Şirkət, istifadəçinin icazəsi olmadan səsli köməkçinin "ChatGPT"dən istifadə etməyəcəyinə söz verib. "Apple" həmçinin "Apple Intelligence"ın yalnız cihazda işlədiyini və məlumatları uzaq serverə göndərmədiyinə zəmanət verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.