Dünya

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

9 İyun 2024 16:24
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Simi adasında itkin düşən BBC-nin aparıcısı Maykl Moslinin 5 gün davam edən axtarışlardan sonra ölü tapıldığı bildirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yunan mətbuatı bu gün səhər saatlarında adaya tətil üçün gələn 68 yaşlı Moslinin cansız bədəninin Aya Marina çimərliyi yaxınlığındakı qayalıq ərazidən tapıldığını yazır.

Çərşənbə günü itən Moslinin cəsədinin ölüm səbəbinin müəyyən edilməsi üçün Rodos Ədli Tibb İnstitutuna aparıldığı və hazırda cinayət tərkibinə rast gəlinmədiyi qeyd edilib.

Səlahiyyətlilər onun yıxılması nəticəsində başından aldığı xəsarətlərdən ölməsi ehtimalını nəzərdən keçirdiklərini bildirib.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.